Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


İSLAM DÜNYASININ BÖYÜK NƏZƏR SAHİBLƏRİNDƏN OLAN DOKTOR MƏHƏMMƏD SƏMAVİ TİCANİ


Mərdan Zalov


Xahiş edirik, özünüz haqda müxtəsər məlumat verin.

Müxtəsər, bütün həyatım, hətta, dünyaya gəlməyim də müxtəsər olub. Peyğəmbərlərin sonuncusu Mwhəmməd Mustəfaya (s) və onun pak Əhli-beytinə və siz əziz oxuculara salam göndərirəm. Nəzərinizə çatdırım ki, mən Tunisin cənubundanam, əsliyyətcə isə İraqlıyam və Tunisdə dünyaya gəlmişəm. Nəslimiz İraqın Səmaveh ərazisindəndir və Abbasilər zamanında öldürülmək təhlükəsindən Afrikaya hicrət etmişdir.

Öz təhsiliniz barədə danışın.

Təhsilimə Zeytunə Universitetinin şöbələrinin birində başlamışam və Tunisin müstəqilliyi və universitetin bağlanmasından sonra, faransız və ərəb dilləri dərslərinə getmiş və təhsili başa vurduqdan sonra yüksək elmi mərhələləri ötmək üçün universitet nəzdindəki məktəbə daxil olmuşam. Bu mərhələni bitirdikdən sonra Yubsa şəhərində universitet nəzdində fəaliyyət göstərən müəssisələrin birində müəlim köməkçisi (əvəzedici) kimi çalışmış və 17 ilə yaxın dərs deməklə məşğul olmuşam. Bundan sonra Təhsil Nazirliyindən icazə istədim ki, Fransaya gedərək orada təhsilimi davam etdirim. Beləliklə, Parisdəki Sarbonna universitetinə daxil oldum. 8 il orada dinlər arasındakı üçlük tövhidi ilə bağlı araşdırmalar aparmağa başladım və bu zəmində diplom aldıqdan sonra, Sarbonna universitetində təhsilimi başa vurdum və humanitar elmlər və fəlsəfə, həmçinin, islami məzhəblər tarixilə bağlı 3-cü dərəcəli doktor və daha sonra beynəlxal qdoktorluq dərəcəsi almağa müvəffəq oldum.

Doktorluq dissertasiyanız nə idi?

Dissertasiyamın mövzusu “İmam Əlinin (ə) ”Nəhcül-bəlağə” əsərində islami düşüncələr” idi. Siz ”Nəhcül-bəlağə”nin ədəbiliyi və gözəlliyi barəsində məlumata maliksiniz. Bu əsəri fransız dilinə tərcümə etmək həddindən artıq çətindir, hətta, ərəblər belə, onun kəlmə və cümlələrini başqa dilə tərcümə edərkən də bir sıra çətinliklərlə qarşılaşırlar, belə ki, İbn Əbil-Hədid həzrət Əli (ə) barəsində demişdir ki, onun sözləri məxluqun sözlərindən üstün və xaliqin sözlərindən aşağıdadır. Həmçinin, mən də Sarbonna universitetində bu əsəri fransızcaya tərcümə edərkən bir sıra çətinliklə qarşılaşdım, çünki dissertasiyanı farnsız dilindən başqa, digər dildə qəbul etmirdilər. Mən bu dövrəni başa vurduqdan sonra bir il Sarbonna universitetində və üç il də Balzak müəssisəsində dərs deməyə başladım və sonralar kitab yazmaq qərarına gəldim ki, indiyə qədər 11 ədəd kitab yazmışam ki, onların ən məşhuru “Mən necə hidayət oldum” kitabıdır ki, on dörd dilə tərcümə olunmuşdur və onun sonuncu adı “Allaha tərəf dəvət edənin dəvətini qəbul edirəm”dir.

Hansı əhli-sünnə məzhəbində idiniz və sizin şiə məzhəbinə üz gətirməyiniz və “Mən necə hidayət oldum” kitabını yazmağınıza hansı amillər səbəb oldu?
Bu məzhəbi necə qəbul etməyimlə bağlı məsələ çox uzundur və mən onu adıçəkilən kitabda qeyd etmişəm. Amma burada onu icmali olaraq danışıram. Mən 1964-cü ildə Məkkədəki müsəlman ərəblərlə bağlı keçirilən bir konfransda iştirak etmişdim və onun nəticəsində vəhhabilərin təsirinə düşərək vəhhabi məzhəbini qəbul etdim. Amma Ərəbistana getmək, həcc və ümrə ziyarətini yerinə yetirmək qərarına gəldiyimdə, gəmi ilə yola düşdüm və orada Bağdadda tədrislə məşğul olan bir şiə ilə rastlaşdım.

Həmin şiə alimi ilə görüşünüz barədə ətraflı danışın.

Onunla görüşüm mənim üçün faydalı oldu, belə ki, o, Nəcəf alimləri ilə tanışlığıma səbəb oldu və onun vasitəsilə anladım ki, şiə barəsində deyilən bütün sözlər xürafat və boş sözlərdən ibarət təbliğatdan başqa bir şey deyil və sonra onlarla elmi mövzuda bəhs etməyə başladım və bu bəhs üç il davam etdi. Bu üç il davam edən mübahisə, diqqət və müqayisələrdən sonra, başa düşdüm ki, Əhli-beyt (ə) məzhəbi düzgün bir məzhəbdir və şiələr Əhli-beytin yolunu davam etdirməklə haqlı və haqq yoldadırlar. Bu səbəbdən, şiəliyi qəbul etdim, onun təbliğ və yayılmasına çalışdım və bu barədə əsərlər yazdım ki, Əhli-beyti tanıdığım kimi digərləri də onu tanısınlar.

Yəni bir məzhəbi seçmək üçün elmi araşdırmalar apardınız?

Bəli, mənim şiə olmağım şiə ailəsində dünyaya gələn, onu irs olaraq əldə edən və təqlidi şəkildə qəbul edənlər kimi olmamışdır, əksinə, tamamilə elmi tədqiqat və araşdırmaların nəticəsində ələ gətirilmişdir. Mən Maliki məzhəbinə etiqadlı idim, amma əqidəmi dəyişərək Cəfəri oldum, yəni imam Cəfər Sadiqin (ə) məzhəbinə üz gətirdim, belə ki, Cəfəri məzhəbinin haqq olduğunu anladım və bu, üç il davam edən bəhs və tədqiqatlardan sonra hasil oldu.

Cəzairin Kumor ərazisindən olan tələbə dostlarımdan və əhli-sünnə məzhəbindən olan biri deyirdi ki, siz şiə olduqdan və “Mən necə hidayət oldum” kitabını yazdıqdan sonra digər bir kitab da yazmış və orada əhli-sünnə məzhəbinə qayıtmısınız. Bu məsələ nə dərəcədə doğrudur?

Bütün bunlar Səudiyyə Ərəbistanı və vəhhabilərin təbliğatlarıdır. İnsan öz məzhəb və dinində möhkəm olsa, onun barəsində çoxlu şübhə və yalanlar quraşdırıb deyərlər. Mən də bu cür insanlardan olduğum üçün dinimi dəyişib şiə məzhəbinə üz gətirdiyimdə, böyük səs-küy yaranmasına və barəmdə çoxlu şübhələr edilməsinə səbəb oldum. Əvvəlcə, dedilər ki, bu kitabı şiə alimləri yazmışlar və kitabın üzərində belə bir adın yazılması bilərəkdən deyil. Belə ki, bu adda çoxlu insanlar var və həmin adın xarici nümunəsi yoxdur (yəni belə bir adda adam yoxdur) və şiələrin uydurmasıdır. Bu macəra çox uzundur və çoxlu hekayələri var. Sonra camaatı öz dinləri barəsində şəkkə salmaq üçün dedilər ki, bu kitab yəhudilərin kitabıdır. Daha sonra dedilər ki, Ticani şiəliyi qəbul etdikdən sonra mürtəd olmuşdur (dindən çıxmışdır) və nə sünni, nə də şiədir. Allaha şükürlər olsun ki, mən öz məzhəbimdə qalmaqda və onu təbliğ etməkdə davam edirəm və bu sona yetəsi deyil. Xülasə, deməliyəm ki, barəmdə deyilənlər təbliğatdan başqa bir şey deyil!

Şiəlik barəsində neçə əsəriniz var?

Hal-hazırda on bir kitab yazmışam ki, orada Əhli-beyt (ə) məzhəbinin haqlı olduğunui müdafiə etmişəm ki, əksər əhli-sünnə bunlardan (bu məzhəbdən) qafildir və Allahın köməyi ilə heç bir səhlənkarlıq etmədən bu işimə davam edəcəyəm.

Sizə ən çox təsir edən şiə alimi kimdir?

Mənə daha çox təsir edən alimlərdən biri Məhəmməd Baqir Sədrdir ki, uzun müddət mən onunla bir yerdə yaşamış və onunla çoxlu bəhslər edərək fikir mübadiləsi aparmışıq ki, onların şərhini “Mən necə hidayət oldum” kitabında yazmışam. Hər şeydən artıq o, öz gözəl əxlaqı, daha sonra elmi ilə məndə böyük təəssürat yaratmış və özünə cəlb etmişdi. Belə ki, ona verilən hər bir sual üçün Quran və Peyğəmbər (s) sünnəsindən qənaətbəxş cavabları vardı. Əql və düşüncəyə malik və həddindən artıq alim bir şəxs idi. Mən həmişə demişəm ki, hansısa bir alimdən əvvəl və birinci dəfə mən Məhəmməd Baqir Sədrdən təsirlənmişəm. Ondan sonra müəllifi Şərəfüddin Musəvi olan “Əl-müraciət” və “Ən-nəssu vəl-ictihad” kitabınından daha çox təsirlənmişəm.

Sizin nəzərinizcə İslam dünyasının ən mühüm mədəni sahəsi nədir?

Nəzərimcə, İslam dünyasının mədəni baxımdan ən mühüm cəhəti müsəlmanların birlik və vəhdətidir və irqçilik, təəssbkeşlik kimi və müsəlmanlar arasında keçməkeşli məsələlərin ən yaxşı həlli yolu da budur.

Bir haqda əlavə məlumat verməyinizi isyətirik!

Əlbəttə, bizim üçün bu günlərdə Qərzavi və onun kimilərin bəzi təşəbbüslərə əl atması kədərləndirici haldır. Belə ki, onun alim kimi tanınması və milyonlarla müsəlmanın onun sözlərinə qulaq asmasına, həmçinin, Əl-Cəzirənin də onu İslam dünyasının mənəvi qütbü kimi tanıtdırmasına baxmayaraq, o, şiələrə hücum edir və müsəlmanlar arasında daxili təfriqə yaradır. Ən əsas çətinlik mənim nəzərimcə budur ki, əhli-sünnə qardaşlarımız Qərzavi kimilərinin sözünə qulaq asır və onun “şiələrin Quranı ayrı və bizim də Quranımız ayrıdır” kimi dediyi sözlərə inanırlar. Onlar, gərək, şiə məzhəbi ilə tanış olaraq onun haqq və doğru olduğunu anlasınlar və bu məzhəbi qəbul etsinlər, Qərzavi kimilərinin və xarici təbliğatçıların təsiri altına düşməsinlər. Digər problem bəzi alimlərin yaratdıqları daxili ixtilaflardır və onlar fətva verirlər ki, hətta, “Hizbullah”ın qələbə çalması üçün dua etmək də olmaz, çünki onun üzvləri şiələrdir. Bunlar İslam dünyasının mədəni inkişafına mane olan, onları təkamül və inkişafdan saxlayan əsas problem və çətinliklərdəndir.

Bu ixtilaf və kin-küdurətlərin səbəbi nədir?

Bunlar əqllin və zehnin geri qalması nəticəsində şayiələrin araşdırılmadan və tədqiqatlar aparılmadan qəbul edilməsidir. Halbuki, mutəal Allah bizə bu barədə xəbərdarlıq etmiş və buyurmuşdur ki,

«یا ایهاالذین آمنوا ان جاء كم فاسق بنبا فتبینوا ان تصیبوا قوما بجهاله فتصبحوا علی ما فعلتم نادمین»
“Ey iman gətirənlər, əgər bir fasiq sizə xəbər gətirsə, dərhal onun doğruluğunu araşdırın, yoxsa, bilmədən bir qövmə zülm edər və peşiman olarsınız.”
Bununla belə, müsəlmanlar haqla batil arasında fərq qoymadan şayiələrə uyur və təbliğatların təsiri altına düşürlər. Hər tərəfdən fitnə və hiylələrin baş qaldırmasına baxmayaraq, bəsirətli şəxslər anlayırlar ki, qələbə və Allahın verdiyi vəd yaxındır və O buyurmuşdur ki, kafirlər istəsə də, istəməsə də Allah öz nurunu tamamlayacaqdır.

Hazırda şiələrin vəziyyəti necədir?

Hal-hazırda şiələrin vəziyyəti çox yaxşıdır və bir çox alim və əhli-sünnədən olan insanlar Əhli-beyt (ə) məzhəbini tədqiq edərək araşdırır və onu qəbul edirlər, çünki Əhli-beyt (ə) məktəbi İslamın haqq olan ən köklü və əsas məzhəblərindəndir. Bundan başqa, yerdə qalan məzhəblərə siyasət daxil olmuşdur və siyasət daxil olan hər yerə fəsad da daxil olaraq onu məhv edir.

Yəni, sizin nəzərinizcə, din siyasətdən ayrıdır?

Mənim məqsədim siyasi inhirafdır – Əməvi və Abbasilərin siyasəti kimi – insanlar arasından dini əqidəni məhv edərək onu təkcə siyasətə çevirən siyasət. Əhli-sünnə istəyir ki, şiə məzhəbini siyasi məzhəb kimi qələmə versin. Onlar deyirlər ki, şiəlik imam Hüseyndən (ə) sonra yaranmışdır, halbuki bu, belə deyil! Peyğəmbər (ə) zamanında da şiəlik mövcud idi və o həzrət imam Əliyə (ə) buyurmuşdur ki, sən və sənin şiələrin nicat tapacaqlar. Burada “şiə” dost və köməkçi mənasında işlənmişdir və Quranda da ona rast gəlmək olar. Əhli-sünnə şiə məzhəbini siyasi məzhəb kimi qələmə verərkən deyir ki, Yezid imam Hüseynlə (ə) döyüşdüyü zaman bir dəstə qiyam etdi ki, o həzrətin intiqamını alsın və bununla şiələr meydana gəldi. Həmin cəhətdən şiəlik siyasi əhəmiyyət kəsb edir, onun din və əqidələrə heç bir aidiyyatı yoxdur. Amma biz deyirik ki, şiə İslamın əsas məzhəblərindən və etiqadi əsaslarından biridir və siyasi firqə də deyil.

Onların son hədəfi nədir?

Onlar istəyirlər ki, bizim etiqdlarımızı siyasətlə əlaqələndirsinlər. Belə ki, siyasət onda hiylə olan, daim dəyişikliyə uğrayan və bihudə işlərə aid bir şeydir, lakin dinlə əlaqədar işlər Quran, Peyğəmbər sünnəsi və ilahi hökmlərə əsaslanan, sabit və möhkəm olan bir şeydir və heç kəs onları dəyişə və yerinə başqa bir şey gətirə bilməz.

Sizin nəzəriniz İran şiələrinin ərəb və digər ölkələrdə olan şiələrlə müqyisədə nədir?

Sözsüz ki, onlar arasında bir sıra fərqlər mövcuddur. Əlbəttə, bəzi ümumi məsələlərdə onlar arasında elə də fərq yoxdur, amma Ərəbistan və digər ölkələrin müsəlmanlarının əqidəsi İran şiələrinin əqidəsindən fərqlənir və bunun əsas səbəbi iranlıların Quranın mətnlərindən anladıqları ilə əlaqəlidir. İran şiələri farsdili olduğu üçün onlar kamiı şəkildə iranlıların nə demək istədiklərini başa düşə bilmirlər. Daha dəqiq desək, İran şiələrinin rəvayətlərə qarşı təəssübkeşlikləri digər mətnlərə, o cümlədən, Qurani-Kərimin mətninə qarşı təəssübkeşliklərindən çoxdur.

Öz sözlərinizi misallarla daha aydın şəkildə izah edə bilərsinizmi?

Məsələn, İranda bəziləri Əbu Lolo adına bayram keçirirlər, çünki o, ikinci xəlifə Ömər ibn Xəttabı qətlə yetirmişdir. Belə işlər farsların işidir ki, ərəblər ona əhəmiyyət vermirlər. Mən şiəni ərəbə məxsus xüsusiyyətinə görə müdafiə edirəm.

Nə üçün, məhz, onda olan ərəblərəməxsus xüsusiyyəti müdafiə edirsiniz?

Çünki hamı onu iranlılara mənsub bir məzhəb kimi tanınmasına və bu şəkildə yayılmasına can atır, məsələn, Tunisin dini işlər üzrə naziri bir kitabda şiəliyin farslara mənsub olduğunu və onların öz hökmdarlarına ilahilik etiqadı bəslədiyini qeyd etmişdir. Həmçinin, deyir ki, şiəlik farslar vasitəsi ilə İslama daxil olmuşdur və imam Hüseynin (ə) xanımı da fars idi.

Yəni, siz bu şübhə və düşmənçiliyi aradan qaldırmaq niyyətindəsiniz?

Bəli, mən demək istəyirəm ki, şiəlik farsların vasitəsilə deyil, ərəblərin fəaliyyəti ilə başlanmışdır. İmam Xomeyni və digər İslama xidmət edən kəslər də seyid və peyğəmbər sülaləsindəndirlər. Şiəliyin əsli ərəb şiəliyidir və İslamın əvvəllərində Əmmar ibn Yasir, Miqdad və Əbuzər Qifari kimi ərəb şiələri əsl şiələr olmuşlar. Əlbəttə, Salman Farsi də bura daxildir. Belə ki, şiəlik Peyğəmbərin (s) həqiqi səhabələrindən başlayır, amma iranlılar ona xüsusi imtiyazlar vermişlər və biz camaata başa salmaq istəyirik ki, şiə və şiəlik əslində ərəblərə mənsubdur, hətta, əksər fars alimlərinin nəsli Peyğəmbərin (s) sülaləsinə gedib çatır. Misal olaraq, imam Xomeynini (r.ə.) göstərə bilərik ki, ictimai və siyasi şərait onların ailəsini İrana səfər etməyə məcbur etmiş və anası onu İranda dünyaya gətirərək iranlı olduğunu demişdir. Məsələn, İraqda Ayətullah Həkim və yaxud Musa Sədr və digərlərini də şiə olmaları səbəbindən iranlı hesab etmək olmaz, belə ki, onlar qara əmmamə qoyurlar və Peyğəmbər (s) nəslindəndirlər. Camaat bilməlidir ki, şiəliyin əsli Peyğəmbər (s) zamanından mövcuddur və o həzrətin səhabələrinin vasitəsilə formalaşmağa başlamışdır. Mən sonuncu kitabımda yazmışam ki, ərəb liderlərinin fars və sünni olmasının nə eybi var, bir halda ki, biz iranlıların farsdilli və bütün imamlarının isə ərəb və həzrət Əli ibn Əbu Talibin (ə) nəvələri olduğunu görürük və bu, tamamilə hadisənin əksini – yəni, ərəbdən olan imamları özlərinə rəhbər bildiklərini – göstərir və eynilə əhli-sünnə də farslardan özlərinə rəhbər qərar verirlər.

Deyirsiniz ki, əhli-sünnənin bəzi alimləri iranlıdır?

Bəli, Əbu Hənifə farsdır. Termizi, İbn Macə, Buxari, Müslim, Qəzzali və İbn Sina iranlıdır. Əhli-sünnənin etimad etdiyi alimlərin əksəriyyəti farsdır. Bununla belə, istəyirlər ki, şiəliyi farslara yapışdıraraq onların adına çıxsınlar.

Belə nəzərə çarpır ki, İslam inqilabından sonra şiəlik dünyaya yayılmağa başladı. Sizin bu barədə nəzəriniz nədir?

Belə də olduğunu deməliyəm. Misal üçün, mən və mənim şagirdim – orta yaşlı bir nəfərə işarə edir ki, fars dilində danışa bilir – həmçinin Tunisdəki əksər şiələr İslam inqilabından əvvəl Onzovada olmağımıza baxmayaraq, inqilabın qələbəsindən sonra şiə və şiəlik barədə maraqlanmağa başladıq və imam Xomeyninin aşiqləri sıraslna qoşulduq və getdikcə orada şiələrin sayı çoxalmağa doğru irəlilədi. Camaat bizim yanımıza gələrək deyirdilər ki, imam Xomeyni şiədir və biz şiəlik barədə bilmək istəyirik. Allah şiələrə şahla mübarizədə kömək etdi və onlar İslam inqilabını həyata keçirməyə nail oldular və Misir ərəblərin əlindən çıxdıqdan sonra iranlılar bu xətti davam etdirərək səhnəyə daxil oldular ki, bu, bir həqiqətdir və tarixi kökləri də vardır. “Allah sizin yerinizə başqa bir qövmü gətirər” ayəsi nazil olduqda, səhabələr Peyğəmbərdən (s) bu ayə barəsində soruşdular və Peyğəmbər (s) mübarək əlini Salmanın çiyninə qoyaraq dedi: “Onlar bu şəxsin qövmündan olacaqlar.” Allah Qurani-Kərimdə onları tərifləmiş və demişdir:
“Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar.” (“Maidə” surəsi, ayə: 54) Hətta, Tunisdə islami hərəkat zamanı qazet və jurnalların birinci səhifəsində yazırdılar ki, Peyğəmbər (s) İranı bütün dünyaya rəhbərlik üçün seçmişdir.

İran İslam inqilabı 27 ildən sonra indi hansı haldadır?

İndi də görürük ki, İslam inqilabı tarixin birləşdirici nöqtəsi olmuş və dünyanın müxtəlif məntəqələrində yaşayan şiələrə kömək göstərmişdir. Mən getdiyim hər yerdə imam Xomeynini sevən, ona məhəbbət göstərən və tərəfdar olan insanlarla rastlaşıram. Onlarla söhbət etdikdə məni dinləyir və asanlıqla şiəliyi qəbul edirlər. Bu məsələ Livanla bağlı döyüşlərdə və Hizbullahın rəhbəri Seyid Həsən Nəsrullahın başçılığı ilə göstərilən müqavimətlərdən sonra daha da genişlənmiş və camaat Seyid Həsən Nəsrullaha ehtiram göstərməyə başlamışdır. Bu, özünün dediyi kimi, imam Xomeyninin bərəkətindəndir və hazırda da onun fikirləri Cakartadan Mərakeşə qədər hər yerə yayılmış və Məğribin bütün qərbi hissəsini əhatə etmişdir. Belə ki, ona inanır, etiqad bəsləyir və özlərinə rəhbər və başçı kimi qəbul edir və bunu cəsarətlə deyirlər. Hətta, misirli bir qadın televiziya proqramlarının birində dedmişdi ki, Allaha həmd olsun ki, ərəblərin içindən belə bir insan meydana çıxartmış və onu tanıtdırmışdır.

İmam Xomeyninin vəsiyyətnaməsini oxumusunuzmu?

Bəli, təəssüflər olsun ki, onun vəfatından sonra yazdığı vəsiyyətnamə görməzdən gəlindi, halbuki, kaş, qızılla yazıl və dünyanın bütün məntəqələrinə yayılaydı ki, bütün insanlar onun bu vəsiyyətnamədə nə yazdığını və camaatı nəyə dəvət etdiyini biləydi. Yadımdadır ki, onun dəvəti bir çətirin altında camaatın birləşməsi idi ki, Peyğəmbər (s) insanlar üçün onu açmış və demişdi ki, mən sizin üçün “Səqəleyn”i əmanət qoyuram – Allahın kitabı və Əhli-beyti (ə). Bu hədis ardıcıl olaraq əhli-sünnə alimləri tərəfindən nəql olunmuş və “Sihah” kitabında gəlmişdir ki, həmin nöqtəyə təkid edir. İran siyasi məsələlərdə də müvəffəqiyyət əldə edərək Amerika və digər dövlətləri məğlub edə bilmişdir, belə ki, həmin dövlətlər İranla dəyirmi masa arxasında əyləşərək müzakirələr aparmaq fikrindədirlər. İran özünün uranyum istehsalını davam etdirərək bu yoldan dönməyəcəyini aşıq-aşkar elan etmişdir. İranın yerində hər hansı bir ərəb ölkəsi olsaydı, təhdidlərdən qorxardı. Amma İran elan edib ki, heç bir təhdiddən qorxmur və öz işinə davam edəcəkdir. Bu, bütün dünya müsəlmanlarını çox xoşhal edir. Onlar hal-hazırda İranla iftixar edir və xüsusilə, İranın hərbi qüvvələrinin öz güclərini və düzəltdikləri silahları nümayiş etdirməsi də bir daha müsəlmanların iftixarına səbəb olur. Eyni zamanda, “Hizbullah”ın da İsrail müqabilində göstərdiyi müqavimətlər də artmağa başlayır. İranda təhsil almış bu şagird (Seyid Həsən Nəsrullah) dünyaya böyük bir dərs verdi. Belə ki, son zamanlarda Livanda baş verən döyüş, bu ölkə və Hizbullahın İsrailə qarşı göstərdiyi müqavimət təkcə İsrail müqabilində deyil, bütün dünya müqabilində, bəlkə də, üçüncü dünya müharibəsi müqabilində idi. Çünki Amerika, Fransa, Almaniya və bütün ərəb ölkələri orada iştirak edir və gizli və aşkar olaraq Livan və Hizbullah əleyhinə fəaliyyət göstərirdilər. Sonunda, Hizbullah qələbə çaldı və Allahın vədi gerçəkləşdi. Həqiqətən də, Allah səbir edənlərlədir.

Hal-hazırda modernlik və müasirçilik məsələləri gündəmə gətirilir və bəziləri bu fikirdədilər ki, dinlər, xüsusən də, İslam dini müasirliklə ayaqlaşa bilmir. Fəlsəfə və din sahəsində mütaliə əhli və ixtisasa sahib olduğunuz üçün bu barədə nəzəriniz nədir?

İslam dini sərt (möhkəm) deyil, əksinə, dəyişiklik və tərəqqi (inkişaf etmək)كل یوم هو فی شأن qabiliyyətinə malikdir. Mutəal Allah buyurur ki, bütün günlərin öz işi (hökmləri) var. Bunun özü dinin dəyişiklik və yenilənmə qabiliyyətinə malik olmasını göstərir. Həzrət Əli (ə) buyurur: “Övladlarınızı özünüzün tərbiyə aldığınız üsullarla deyil, müxtəlif üsullarla tərbiyə edin, belə ki, onlar sizin dövrünüzdə aldığınız tərbiyə üsullarından fərqli olan bir zamanda yaşayırlar.” Bu sözlərdə dəyişiklik və yeniliyə işarələr vardır. Əhli-beyt (ə) məzhəbində sabit üsul barədə əlimizə çatan aşkar mətnlərə əsasən, ictihada icazə verilmir, əksinə ictihad o işlərdədir ki, onlarla bağlı açıq-aşkar “nəss” (ayə və rəvayət) yoxdur. Peyğəmbər-Əkrəm (s) buyurmuşdur: “Allah-taala bəzi işlər barəsində sükut etməyə qərar vermişdir və bu, onun unutqanlığı və ya bilməməzliyi üzündən deyil, rəhmətinin sirrindəndir ki, sizin çiyinlərinizə daha ağır vəzifə məsuliyyəti yüklənməsin və zamanı gəldikdə və öz yerində onlar bəyan olunacaq və dini daha yaxşı başa düşərək ictihad edən müctəhid və təqvalı alimlər onun hökmlərini ələ gətirəcəklər.” Məsələn, elmin inkişaf etməsi Peyğəmbər zamanında deyilən “insan öz qanından keçəcək ki, nəfsini canlandırsın” sözünün hansı mənada olduğunu sübut etmişdir. İndiki əsrdə müctəhidlər deyirlər ki, insanın başqalarının yaşaması üçün qan və hətta, bədən orqanlarını verməsi cayizdir. Bu kimi dəyişikliklər İslam dininə hərəkətlilik verərək onu möhkəm (dəyişməyən) olmaqdan xaric edir. Halbuki, məsihilər başqalarının nicatı üçün bir qətrə qan verməyi haram bilirlər. Mən Amerikada çıxış edərək dedim ki, İslam dini zamandan irəlidədir və öz sözlərimə bu ayəni şahid gətirdim: “Ey yerə ağırlıq verən insanlar və cinlər, əgər bacarırsınızsa, yer və göylərin əhatəsindən xaric olun. Əlbəttə, siz bunu fəqət böyük bir qüdrətə sahib olduğunuzda edə bilərsiniz. ”Allah bildirmək istəyir ki, yerdə və asimanlarda da bizim bilmədiyimiz nöqtələr var ki, onlarda da məxluqatlar yaşayır və biz böyük bir qüvvəyə sahib olmasaq, göyün qatlarından xaric ola bilmərik. İslam dini canlı və yenilikçi bir dindir və müsəlman fəqihlər, xüsusən də, şiə olanların “müstəhdisə” (yeni meydana gələn) məsələləri vardır ki, yeni məsələlərə şamildir və fəqihlər onun barəsində fətva verməlidirlər ki, müsəlmanları həmin məsələlərdən istifadə etməyə doğru hərəkətə gətirsinlər. Beləliklə, bu nəticəyə gəlmək olar ki, İslam dini yeniləşən və müasir dövrlə ayaqlaşan bir dindir, həmçinin öz zamanından da öndədir. Bunun özü bütün yeni yaranan elmlərə üstünlük təşkil edir və onlardan öncədir.
İkinci misal budur ki, yeni elmlər bu nəticəyə gəlmişdir ki, bütün düşüncə və fikirlər beyindədir, lakin Quran deyir ki, xeyr, belə deyil. Quran bildirir ki, bir zaman gələcək ki, həqiqətdə, qəlbin insanın beyninə bir sıra informasiyalar ötürdüyü və ona gerçək mesajları verdiyi aşkar olacaq. Eyni zamanda, düşüncənin mərkəzinin qəlb olmasına Quranda daha çox təkid edilmişdir. Bəzi təfsirçilər deyirlər ki, qəlbdə məqsəd həmin baş və beyindir, lakin Allah buyurur ki, o qəlblər sinələrdə yerləşir və “Nas” surəsində gəlmişdir ki, insanların qəlbindədir.الذی یوسوس فی صدورالناس Mən demək istəyirəm ki, Allahın elmi bəşər elmindən üstündür və gün gələcək ki, bunu etiraf edəcəklər.

Qum şəhərinin alimləri ilə görüşləriniz olubmu?

Bəli, bütün Qum alimləri ilə görüşmüşəm və onlar məni çox istəyir və mənə ehtiram edirlər. Sizə həmin alimlərlə görüşlərimdən bir az söhbət açım. Allaha şükürlər olsun ki, İran alimlərinin əksəriyyəti, hətta, Tunisdəki İran İslam Respublikasının səfiri görüşlərimizdən razı qalmışlar. Səfirin özü mənə demişdi ki, vizasız İrana daxil ola bilərsən, çünki orada məndən də məşhursan, gərək, səninlə birlikdə İrana qayıdım ki, məni də tanıtdırasan. Bu, Allahın mənə olan lütfüdür və bunları Əhli-beytə (ə) olan məhəbbətimə borcluyam. Bu, məhəbbət bütün möminlərin qəlbindədir. Dünən sübh mən Dəməşq şəhərində idim və xanım Zeynəbin (ə) ziyarətinə getmişdim. Mən orada tunisli alim kimi tanınıram. Onlar məni orada tanıdılar və üç saat deyilən təkbirlərdən sonra oradan xaric oldum. Bunlar, Allahın fəzlindəndir.

Son olaraq demək istədiyiniz sözləriniz varmı?

Son sözüm budur ki, Allah müsəlmanları müvəffəq edərək onları Əhli-beytin həqiqətləri ilə tanış etmək istəyir ki, onlar da Peyğəmbərin (s) buyurmuş olduğu və imam Xomeyninin dediyi Allah kitabı və o həzrətin pak itrətinə doğru yönəlsinlər. Əgər bu iki məsələyə söykənə bilsələr, həqiqi İslam ümməti və Allahın köməyinin şahidi olacaqlar və Allah açıq-aşkar buyurmuşdur ki, “Əgər bir qövm öz halını dəyişməsə, Allah da onların halını dəyişməz.” Mən belə təfsir edirəm ki, bu dəyişiklik zehni və əqli dəyişiklikdir ki, biz öz əqlimizi işə salaraq dəyişiklik etsək və fasid və yanlış əqidəmizi kənarlaşdıra və doğru-düzgün əqidələrə sahib ola bilsək, o zaman Allah da bizi zəlillikdən izzətliliyə, fəqirlikdən sərvətliliyə və məğlubiyyətdən zəfərə çatdıracaq.

Saytın bütün hüquqları “Sadiqin” müəssisəsinə aiddir; Tərcümə edən: Mərdan Zalov



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
2+2 =