Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |
|

NƏ ÜÇÜN ŞİƏLƏR AZANDA “ƏŞHƏDU ƏNNƏ ƏLİYYƏN VƏLİYYULLAH” DEYƏRƏK ƏLİNİN VİLAYƏTİNƏ ŞƏHADƏT VERİRLƏR?


Cavab: Bu sualın cavabında aşağıdakı mətləbləri qeyd etmək yerinə düşərdi:
1. Şiə fəqihlərinin hamısı öz fiqhi kitablarında aşkar şəkildə qeyd etmişlər ki, Əli (ə)-ın vilayətinə şəhadət vermək azan və iqamənin tərkib hissəsi deyildir və heç kəsin, onu azan və iqamənin tərkib hissəsi ünvanı ilə dilə gətirməyə haqqı yoxdur.
2. Quran nəzərindən Əli (ə) Allahın dostlarından biridir və elə aşağıdakı ayədə də onun möminlər üzərində vilayət haqqına işarə olunaraq buyurulur:

اِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَ الَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلَوةَ وَ يُؤْتُونَ الزَّكَوةَ وَ هُمْ راكِعُونَ
“Sizin rəhbəriniz yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılaraq rüku halında zəkat verən şəxslərdir.”1
Sünnilərin “Sihah” və “Müsnəd” kitablarında nəql etdikləri rəvayətlərdə aşkar şəkildə qeyd edilir ki, yuxarıdakı ayə Əli (ə)-ın öz üzüyünü rüku halında fəqirə verdiyi zaman nazil olmuşdur.2 Bu ayə Əli (ə)-ın şənində nazil olan zaman Həssan ibn Sabit o hadisəni nəzmə çəkdi:

وَ اَنْتَ الَّذِي اَعْطَيْتَ اِذْ اَنْتَ رَاكِعٌ فَدَتْكَ نُفُوسُ الْقَوْمِ يَا خَيْرَ رَاكِعٍ
فَاَنْزَلَ فِيكَ اللّهُ خَيْرَ وِلَايَةٍ وَ بَيْنَهُمَا فِي مُحْكَمَاتِ الشَّرَائِعِ
“Sən o kəssən ki, rüku halında bəxşiş etdin,
Canlar sənə fəda olsun, ey rüku edənlərin ən yaxşısı!
Allah ən yaxşı vilayəti sənin barəndə nazil etdi,
Onu, şəriətin xələl yetməyən hökmlərində bəyan etdi.”
3. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اِنَّمَا الاَعْمَالُ بِالنِّيَّةِ
“Hər əməlin həqiqətinin meyarı insanın niyyətinə bağlıdır.”
Deməli, hərgah Əli (ə)-ın vilayəti Quranın aşkar buyurduğu prinsiplərdən biri olsa, digər tərəfdən də tərkib hissəsi olmasına etiqad olmadan deyilsə və azan-iqamənin bir hissəsi hesab olunmazsa, onda bu həqiqətin Peyğəmbəri-Əkrəm (s)-in risalətinə verilən şəhadət kəlməsi ilə yanaşı deyilməsinin nə eybi var?
Qeyd olunmalıdır ki, əgər azana bir cümlə artırılması bəyənilməyən bir işdirsə və elə buna görə də şiələrə irad tutulursa, aşağıdakı halları necə izah edə bilərsiniz:
1. Düzgün tarixlərin verdiyi şəhadətə görə “həyyə əla xəyril-əməl” cümləsi əvvəllər azanın bir hissəsi olmuşdur.3 Amma ikinci xəlifənin xilafəti dövründə camaat bunu eşitməklə namazın ən yaxşı əməl olduğunu bilib artıq cihada getmədiklərindən bəziləri onu azandan çıxartdılar.4
2. ”Əssəlatu xəyrun minən-novm” cümləsi Peyğəmbər (s)-in dövründə azanın bir hissəsi olmamış, sonralar ona əlavə edilmişdir.5 Buna görə də Şafei “Əl-üməm” kitabında deyir:

اَكْرَهُ فِي الآَذَانِ الصَّلَوةُ خَيْرٌ مِنَ النَّوْمِ لِاَنَّ اَبَا مَحْذُورَةَ لَمْ يَذْكُرْه
“Mən azanda “əssəlatu xəyrun minən-novm” cümləsini deməyi xoşlamıram, çünki Əbu Məhzurə (ravi və hədis söyləyənlərdən biridir) onu öz hədisində gətirməyibdir.”6

Kitаbın аdı: Şiə cаvаb verir; Müәllif: Ustad Seyid Rza Hüseyninəsəb - Tәrcümә еdәn: M. Əlizadə

1. “Maidə” surəsi, ayə: 55.
2. Bu ayənin naziloma səbəbi ilə əlaqədar sənədlər qeyd olunacağından qat-qat artıqdır, lakin çoxlu mənbələrdən aşağıdakıları qeyd etmək olar: 1. “Təfsiri-Təbəri”, 6-cı cild, səh.186; 2. “Əhkamul-Quran”, Cəssasın təfsiri, 2-ci cild, səh.542; 3. “Təfsiri-Beyzavi”, 1-ci cild, səh.345; 4. “Əd-durrul-mənsur”, 2-ci cild, səh.293.
3. “Kənzül-ümmal”, “səlat” kitabı, 4-cü cild, səh.266; “Sünəni-Beyhəqi”, 1-ci cild, səh.424 və 425; “Əl-müvəttəə”, Malik, 1-ci cild, səh.93.
4. “Kənzül-irfan”, 2-ci cild, səh.158; “Əssiratil-mustəqim və cəvahirul-əxbar vəl-asar”, 2-ci cild, səh.192; “Şərhu təcrid”, Quşçi, “imamət” bəhsi, səh.484.
5. “Kənzül-ümmal”, “səlat” kitabı, 4-cü cild, səh.270.
6. “Dəlailus-sidq”, 3-cü cild, səh.97



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
3+8 =